Livanın şiə təşkilatı Hizbullah İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında münaqişəyə qarışmamalıdır.
Oxu24.com xəbər verir ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
"Mən onun tərəfdarlarına (Hizbullah - Oxu24.com ) yalnız bir şeyi deyə bilərəm: sizə müdaxilə etməyi məsləhət görmürəm", - Halevi deyib.
Oktyabrın 10-da Hizbullah İsrailin Pranit kazarmalarına və Qaliley diviziyasının komanda mərkəzinə, həmçinin Avivim batalyonunun komanda mərkəzinə raket zərbələri endirib, Al Mayadeen telekanalı xəbər verir. Təşkilat bunun İsrailin Livanın cənubuna hücumları nəticəsində üç Hizbullah döyüşçüsünün öldürülməsinə cavab olduğunu bildirib.
Bundan əvvəl Livanın Hizbullah partiyası fələstinli döyüşçülərin hərəkətlərinin qanuni olduğunu bəyan edib.
Livanın baş naziri Nəcib Mikati ölkəsinin İsrail və Fələstin arasında münaqişəyə girmək niyyətində olmadığını vurğulayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR