ABŞ prezidenti Co Bayden administrasiyası və İsrail hökuməti Qəzza zolağından insanların çıxarılması üçün humanitar dəhlizlərin yaradılması imkanını müzakirə edir.
Oxu24.com xəbər verir ki,Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Con Finer CNN telekanalında məlumat verib.
Onun sözlərinə görə, Ağ Evin əsas prioritetlərindən biri amerikalı girovların azad edilməsidir. Söhbət Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülən vətəndaşlardan gedir.
Prezidentin müşaviri aydınlaşdırıb ki, Vaşinqton artıq öz ekspertlərini münaqişə zonasına göndərib. Onlar insanların azadlığa buraxılması məsələsində İsrail hakimiyyətinin nümayəndələri ilə məsləhətləşməli olacaqlar.
Eyni zamanda, ABŞ və İsrail arasında mülki əhalinin Qəzza zolağından çıxarılması ilə bağlı “birbaşa söhbət” qurulub. İndi tərəflər müvafiq dəhlizlərin yaradılması yollarını axtarırlar, Ağ Ev nümayəndəsi bildirib.
“Biz [ABŞ və İsrail] humanitar dəhlizlər və təhlükəsiz zonalar, insanların Qəzzanı tərk edə biləcəyi variantlardan danışırıq”, - Fayner vurğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR