Türkiyəli məşhur aktyor Metin Akpınarın nikahdankənar 35 yaşlı qızı ortaya çıxdı.
Türkiyəli məşhur aktyor Metin Akpınarın nikahdankənar doğulan Duyğu Nebioğlu adlı bir qızı olduğu məlum olub.
OXU24.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün yekunlaşan məhkəmə DNT testlərini nəzərə alaraq Duyğu Nebioğlunun Metin Akpınarın qızı olduğuna qərar verib.
Qərardan sonra İnstaqram hesabından ağlayaraq açıqlama verən Duyqu Nebioğlu "1,5 aya yaxındır heç yatmıram. Məhkəmənin son prosesini gözləyirdim." deyib. Nebioğlu Instagram hesabında paylaşdığı paylaşımda soyadını dəyişməyəcəyini bildirib.
Qeyd edək ki, Duyğu anası tərəfindən dövlət himayəsinə verilib daha sonra övladlığa götürülüb.
ŞƏRHLƏR