Sankt-Peterburqda 8 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.
OXU24.COM bildirir ki, ata uşağa ən azı doqquz dəfə bıçaqla zərbə endirib.
Məlumata görə, uşağın anası həmin vaxt növbədə olub, o, atası kimi feldşer işləyir.
Xatırladaq ki, uşaq ölümündən əvvəl ona zəng edərək atasının dəli olduğunu demişdi.
Azyaşlının bədənində bel, mədə və qol nahiyəsində yaralar olub. Ata hadisə zamanı özünü də yaralayıb. O, iki litrə yaxın qan itirib. Daha sonra mənzildə olan qanı təmizləməyə çalışıb.
Cinayətin səbəbləri hələ ki, heç kimə aydın deyil. Ailə problemli kimi qeydiyyata alınmayıb və kişinin qanında spirt aşkar edilməyib.
Oxu24.com
ŞƏRHLƏR