Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96387
az

Serb Respublikası prezidenti yaxın vaxtlarda Rusiyaya səfər edəcək

11:2812 Oktyabr, 2023
188
DÜNYA
  • A

Srpska Respublikasının Prezidenti (Bosniya və Herseqovinanın iki subyektindən biri) Milorad Dodikin Rusiya Federasiyasına səfəri ilin sonunadək planlaşdırılır.

 

Oxu24.com xəbər verir ki,bu barədə TASS-a baş nazir Radovan Viskoviç məlumat verib.

 

“İlin sonuna qədər prezidentimiz Rusiya Federasiyasına gələcək”, - deyə siyasətçi bildirib.

 

Sentyabrın sonunda məlum olub ki, Serb Respublikası rəhbəri Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlmək istəyir. O, bu barədə RTRS telekanalının efirində danışıb. Dodikin fikrincə, Rusiya lideri siyasətdə tanış olduğu ən yaxşı insandır. O qeyd edib ki, Putinlə ünsiyyət və ildə bir neçə dəfə müvafiq tədbirlər təşkil etmək imkanı onu qürurlandırır.

Bundan əvvəl Serb Respublikasının rəsmi nümayəndəsi Dusko Peroviç “İzvestiya” qəzetinə müsahibəsində Dodikin 2023-cü ilin noyabrında Rusiyaya səfər edəcəyini açıqlamışdı. Rəsmi səfər başa çatdıqdan sonra parlament üzvlərinin də Moskvaya gələcəyi planlaşdırılır.

Dodik bundan əvvəl demişdi ki, Bosniya və Herseqovinanın Avropa İttifaqı (Aİ) əvəzinə BRİKS-ə qoşulması barədə düşünməlidir.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa Müdafiə Nazirliyi Ukraynanın qısa yaddaşa malik olduğuna diqqət çəkib
Şoltz Putinlə nə danışıb?
ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib

Bu faktlar sizi şoka salacaq— MARAQLI FAKTLAR

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq