Fələstin HƏMAS hərəkatı Qəzza zolağından çıxmayacaq.
Oxu24.com xəbər verir ki,Bunu RİA Novosti-yə hərəkatın nümayəndəsi Hussam Badran deyib.
İsrail Müdafiə Qüvvələri oktyabrın 8-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Qəzza zolağı sakinlərini evlərini tərk etməyə çağırıb.
Badran hesab edir ki, HƏMAS üzvlərinin özləri ilə yanaşı, yerli sakinlər də yerində qalacaqlar.
“Bu, bütün xalqımızın aydın mövqeyidir. Bu, bizim torpağımızdır və biz ondan yapışacağıq və getməyəcəyik”, - deyə Badran yekunlaşdırıb.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR