Rusiyalı iş adamı Mixail Fridman Moskvaya İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar gəldiyini bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg məlumat yayıb.
“Bir həftə əvvəl mən İsrailə köçdüm. İndi mən mövcud vəziyyətə görə Moskvaya uçmuşam”, - Fridman bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra daimi yaşamaq üçün İsrailə qayıtmağı planlaşdırır.
Bundan əvvəl məlum olmuşdu ki, rusiyalı iş adamı, milyarder, “Alfa Bank”ın həmsahibi Mixail Fridman Böyük Britaniyanı tərk edərək İsrailə köçüb.
İş adamına yaxın RBC mənbəsinin sözlərinə görə, iş adamı hazırda Moskvadadır və “mütəmadi olaraq Rusiyaya səfər etməyi planlaşdırır”.
Fridman Rusiya-Ukrayna münaqişəsinin başlanması səbəbindən sanksiyalara məruz qalan ilk iri rus iş adamlarından biri oldu. 28 fevral 2022-ci ildə Fridmana Avropa Birliyi, daha sonra isə mart ayında yaşadığı Böyük Britaniya tərəfindən məhdudiyyətlər qoyuldu. İş adamı Londonda dondurulmuş hesablar və kartlar şəraitində, sanki ev dustaqlığında olduğundan şikayətlənib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR