Əfqanıstanın Fəlakətlə Mübarizə Nazirliyinin sözçüsü Canan Saik bildirib ki, Kabil beynəlxalq ictimaiyyətdən Herat əyalətində baş verən zəlzələdən sonra zərərçəkənlərə yardım göstərilməsi üçün yardım istəyib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
“Biz kömək edən hər bir ölkəni qəbul edirik və alqışlayırıq. Biz bütün milli və beynəlxalq qurumlardan zəlzələdən zərər çəkənlərə hər cür yardım göstərmələrini xahiş edirik”, - deyə o vurğulayıb.
Heratda dağıntılar altında sağ qalanların axtarışı davam edir, onlarla tibbi briqada artıq zərərçəkənlərə kömək etmək üçün gəlib.
Bundan əvvəl zəlzələ nəticəsində 2,5 min nəfərin xəsarət aldığı və eyni sayda ölənlərin olduğu bildirilirdi.
Oktyabrın 7-də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbii fəlakətin episentri Heratdan 42 km şimal-qərbdə olub.
Bundan əvvəl Rusiya səfirliyi Əfqanıstandakı zəlzələdən sonra diplomatik missiyanın müntəzəm işi barədə məlumat vermişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR