Əfqanıstan və Çin Kabil və Şanxay arasında hava dəhlizini işə salıb.
Oxu24.com xəbər verir ki, bu barədə Əfqanıstan hakimiyyətinin bəyanatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Əfqanıstanda Taliban bu hava dəhlizini rəsmən açıb.
Mərasimdə Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini Molla Bradar Əfqanıstan dövləti ilə ikitərəfli iqtisadi və ticarət əlaqələrini gücləndirmək niyyətində olan ölkələrə təşəkkür edib.
Bradar Əfqanıstanın əldə etdiyi iqtisadi tərəqqinin ölkənin işgüzar dairələrinin əməyinin nəticəsi olduğunu da vurğulayıb.
Əvvəllər bildirilirdi ki, Böyük Britaniyadan olan bələdçi Əfqanıstana səfər etmək istəyənlər üçün turlar təşkil edib, turistlər silahlı Taliban karvanının müşayiəti ilə ölkəyə aparılıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR