Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ildə keçirilməsi nəzərdə tutulan Rusiya prezident seçkilərinin müharibə zamanı ləğv edilməsini təklif edib.
O, bunu Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə Qroznıda keçirilən mitinqdə deyib.
"Prezidentə cansağlığı və uzun ömür arzulayıram. İndi, XHƏ (xüsusi hərbi əməliyyat-red.) davam edəndə, yekdilliklə seçkilərdə bir namizədin olacağına dair qərar verməyi təklif edirəm - Vladimir Vladimiroviç Putin. Və ya seçkiləri müvəqqəti olaraq ləğv edək, çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur”, - Kadırov bildirib.
Qeyd edək ki, şənbə günü Qroznıda mərkəzi meydanda kütləvi mitinq keçirilib. Məlumata görə, mitinqdə 25 minə qədər insan iştirak edib. Bölgə sakinləri əllərində Putinin portretləri və “Güclü prezident!”, “Güclü Rusiya”, “Prezidentlə birlikdə!” şüarları yazılmış plakatlar tutublar.
Oxu24.com
ŞƏRHLƏR