Fələstinlə münaqişənin kəskinləşməsi fonunda xarici aviaşirkətlər İsrailə uçuşları ləğv etməyə və vaxtını dəyişdirməyə başlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, İsrailə uçuşları ləğv edən aviaşirkətlər arasında Lufthansa da var.
"Tel-Əvivdəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Lufthansa Group Airlines əməliyyat səbəblərinə görə bu gün, şənbə günü Təl-Əvivə və oradan uçuş proqramını azaldır" deyə məlumatda bildirilir.
Eyni zamanda, RİA Novosti İsrailin Ben Qurion hava limanında vəziyyətin sakit olduğunu bildirir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR