Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96038
az

“TikTok”da işə düzəldəcəm deyib,181 nəfəri aldatdı - VİDEO

18:1905 Oktyabr, 2023
112
CƏMİYYƏT
  • A

İşə düzəltmə adı altında 181 nəfəri aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksək maaşla iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə avtomobillər toqquşdu: xəsarət alanlar var -FOTO
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ÖLKƏ QOŞULDU

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb