Avropa İttifaqının 27 ölkəsindən yeddisi artıq yazda blokun razılaşdırdığı sxemə əsasən Ukrayna üçün 155 millimetrlik artilleriya mərmiləri sifariş edib.
Oxu24.com xəbər verir ki,Reuters-in məlumatına görə, bu ölkələr Avropa Müdafiə Agentliyi (EDA) ilə dörd “Avropada işlənib hazırlanmış və istehsal olunan müasir atəş platformaları” üçün mərmilərin tədarükü üçün müqavilələr imzalayıblar. Söhbət Fransız SEZAR, Polşa Krab, Alman PzH2000 və Slovak Zuzana C/2000-dən gedir.
EDA bildirib ki, müqavilələr həm hazır mərmiləri, həm də qoruyucu, yük və kapsul kimi komponentləri əhatə edir.
"Yeddi üzv dövlət artıq EDA-nın sürətləndirilmiş prosesi çərçivəsində 155 mm-lik döyüş sursatı üçün sifarişlər verib. Digər sifarişlər, məsələn, milli ehtiyatların artırılması məqsədilə, yaxın həftələrdə və aylarda reallaşa bilər", - agentlik bildirib.
EDA məlumatların çoxunun məxfi olduğunu bildirərək yeddi ölkənin adını çəkməkdən və ya sifarişlərin ölçüsünü açıqlamaqdan imtina edib. Litva və Lüksemburq Reuters-in tələbi ilə bu yeddiliyə daxil olduqlarını təsdiqləyiblər.
Bu ayın sonuna qədər sifariş verməklə, ölkələr Avropa Sülh Fondundan kompensasiya almaq hüququna malikdirlər. Lüksemburq rəsmiləri ölkənin təzminat tələb etməyəcəyini bildiriblər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR