Suriyadan Türkiyəyə keçməyə cəhd edən terror təşkilatı PKK/PYD üzvü Şanlıurfanın Suruç rayonunda yaxalanıb.
Oxu24.com xəbər verir ki,Terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatı üzərinə sərhəd xəttində ehtiyat tədbirləri gücləndirilib.
Komandalar terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.
Terrorçuya qarşı qanuni fəaliyyətə başlanılıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR