Dağıstanda dronların istifadəsinə qadağa tətbiq edilir.
Oxu24.com xəbər verir ki,Müvafiq sərəncamı respublika rəhbəri Sergey Melikov imzalayıb.
“Dağıstan Respublikası ərazisində pilotsuz uçuş aparatlarından istifadə qadağan edilsin”, - sənəddə aydınlıq gətirilib.
Sərəncamda qeyd edilir ki, istisna yalnız dövlət qurumlarının, habelə müdafiə sifarişlərini yerinə yetirən təşkilatların istifadəsində olan PUA-lar üçün nəzərdə tutulub. Qadağa 2022-ci ilin oktyabrından qüvvədə olan əsas xəbərdarlıq rejiminin ləğvinə qədər tətbiq edilib.
Avqustun 18-də Xerson vilayətinin hakimiyyət orqanları ictimai asayişi gücləndirmək və ictimai təhlükəsizliyi təmin etmək üçün pilotsuz təyyarələrdən istifadəni qadağan edib.
Avqustun 23-də Voloqda vilayətində pilotsuz təyyarələrin uçuşlarına qadağa qoyulub.
Bundan əvvəl Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Vasili Şpak bəzi PUA növlərinin eksperimental hüquqi rejimə daxil edilə biləcəyi ilə bağlı açıqlama vermişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR