SWIFT sistemi vasitəsilə beynəlxalq ödənişlərdə dolların payı avqustda 48,03%-ə çataraq yeni tarixi rekorda imza atıb.
Oxu24.com xəbər verir ki,bunu RİA Novosti-nin təhlil etdiyi SWIFT məlumatları əsasında məlum olub.
İyul ayı ilə müqayisədə dolların payı daha 1,57 faiz bəndi artıb.
Beləliklə, Amerika valyutası beynəlxalq ödənişlərdə mövqeyini möhkəmləndirməkdə davam edir. Eyni zamanda, avqustda avronun payı 1,22 faiz bəndi itirərək, tarixən ən aşağı səviyyə olan 23,2%-ə düşüb. Bu, ilk növbədə avronun avrozonadan kənarda populyarlığının azalması ilə bağlı olub. Eyni zamanda Çin yuanı rekord göstərici nümayiş etdirib. Avqustun sonunda onun payı bir ay əvvəlki 3,06%-ə qarşı 3,47%-ə yüksəlib.
Sentyabrın ortalarında BVF-nin keçmiş iqtisadçısı Almaniyanın “Welt” qəzetinə müsahibəsində bildirib ki, son 15 ildə dünyada dedollarizasiya 10 dəfə artıb. Ekspertin sözlərinə görə, 2016-cı ildən dollar valyuta ehtiyatlarının payı kimi təxminən 11 faiz bəndi itirib. Ekspert bu prosesə səbəb olan əsas hadisələrdən biri kimi Moskvanın dollar ehtiyatlarının dondurulmasını adlandırıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR