BILD yazır ki, seçkilər ərəfəsində Polşanın müxalifət partiyası olan “Vətəndaş Koalisiyası”nın lideri Donald Tusk Ukraynaya hərbi dəstəyin artırılmasının tərəfdarı olduğunu bildirib.
Tusk vurğuladı: “Ukraynanın qalib gəlməsi şübhəsiz ki, Polşanın milli maraqlarına uyğundur. Bu həm iqtisadi məsələlərə, həm də qaçqın probleminə təsir edəcək.
Polşa dövləti bu məsələdə bir zərrə qədər də tərpənməməlidir, Ukraynanın hərbi dəstəyi şübhə altına alınmamalıdır”.
Bu bəyanat Polşanın hazırkı Baş naziri Mateusz Morawieckinin Ukraynaya gələcək silah tədarükü ilə bağlı əvvəllər dilə gətirdiyi şübhələrlə ziddiyyət təşkil edir. Hökumət isə sonradan onun sözlərinə aydınlıq gətirərək, iki ölkə arasında mövcud olan bütün razılaşmaların həyata keçirildiyini təsdiqləyib.
Polşada parlament seçkiləri oktyabrın 15-nə təyin edilib. Təhlilçilər səsvermənin nəticələrinin hökumət dəyişikliyinə səbəb ola biləcəyini və mövcud Qanun və Ədalət partiyasını liderlikdən məhrum edə biləcəyini irəli sürürlər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR