Siqaret, alkoqol və yağlı qidaların orqanizmə olan zərərləri saymaqla bitməz.
OXU24.COM xəbər verir ki, mütəxəssislər damarları təmizləyən qidaların adlarını açıqlayıb.
Zeytun yağı
Zeytun yağı tərkibindəki antioksidanlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı edir.
Qulançar
Qulançar damarlardakı basqını azaldır. Buna görə də qan axışını sürətləndirir.
Yulaf
Yulaf xolestrolu aşağı edir, damarları təmizləyir.
Brokkoli
K vitamini və lif baxımından zəngin olan brokkoli xolestrolu və təzyiqi aşağı salır. K vitamini damarlardakı kalsium səviyyəsini tarazlaşdırar.
Badam
Badam tərkibindəki antioksidanlar sayəsində damarlardakı zərərin qarşısını alar.
Nar
Nar qan axışını artıraraq, damar tıxanmasının qarşısını alar.
Sarıkök
Sarıkök damar təmizliyində ən təsirli ədviyyatlardan biridir.
Qaragilə
Xüsusilə xolestrolu aşağı edən bu meyvə qan axışını da təsir edir. Qaragilə ürək üçün də faydalıdır.
Yaşıl çay
Yaşıl çay damarları təmizləyən bitkilərdən biridir.
Darçın
Antioksidan deposu olan darçın qandakı şəkəri aşağı salır. Bu isə damarlar üçün çox faydalıdır. Araşdırmalara görə, gündə 1 çay qaşığı darçın qandakı yağ miqdarını 26 faiz azaldır. /medicina.az
Oxu24.com
ŞƏRHLƏR