ABŞ-ın Ukraynaya uzaqmənzilli ATACMS raketlərini təhvil verməsi Almaniyanı Kiyevə “Taurus” qanadlı raketləri verməyə razı sala bilər.
Oxu24.com xəbər verir ki,bu barədə The Wall Street Journal-ın materialında deyilir.
Nəşr qeyd edir ki, Berlin dəfələrlə Kiyevi yeni silah növləri ilə təchiz etməkdə “Vaşinqtonun ardınca getməyə” üstünlük verdiyini bildirib. WSJ müəllifləri hesab edirlər ki, Ukrayna üçün qanadlı raketlərin əhəmiyyəti onların Böyük Britaniya və Fransadan tədarükü azalmağa başlayandan sonra artıb.
Sentyabrın 20-də "Foreign Policy" jurnalı Konqres aparatındakı mənbəyə istinadən yazıb ki, Amerikanın bütün departamentləri Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin tədarükünü təsdiqləyib, lakin yekun qərarı dövlət başçısı Co Bayden verəcək. .
Daha sonra ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın ATACMS uzaqmənzilli raketləri ilə təchiz edilməsi imkanlarını şərh edərkən bildirib ki, Kiyev onun ehtiyaclarını nəzərə alaraq, müntəzəm müzakirələr apararaq lazımi dəstəyi almağa davam edəcək.
Washington Post həmçinin yazıb ki, Birləşmiş Ştatlar ATACMS kaset tipli operativ-taktiki raketlərin Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verilməsi ilə bağlı “qərar verməyə yaxındır”.
Bundan əvvəl Zelenski Ukraynanın hərbi əməliyyatları Rusiya Federasiyası ərazisinə keçirməsinə mane olduğunu bildirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR