Türkiyə, İran və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri Hakan Fidan, Hüseyn Əmir Abdullahyan və Sergey Lavrov BMT Baş Assambleyasında keçirilən tədbirlər çərçivəsində görüşüblər.
Oxu24.com xəbər verir ki,“Qarant dövlətlər üçlüyünün Suriyada onun suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə ciddi riayət əsasında hərtərəfli nizamlanmaya kömək etmək üçün birgə səyləri davam etdirmək öhdəliyi təsdiqləndi”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Dialoq zamanı nazirlər həmçinin “Suriya Ərəb Respublikasına xarici yardımın, o cümlədən onun münaqişədən sonrakı bərpası və suriyalı qaçqınların öz vətənlərinə qayıtmasının artırılması maraqlarına görə səfərbər edilməsinin zəruriliyini” qeyd ediblər.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR