Sumqayıtda fəhlənin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidov hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.
Oxu24.com
ŞƏRHLƏR