Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün yüksək rütbəli hərbi nümayəndə heyəti ilə Tehrana gəlib.
O, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Baqirinin rəsmi dəvəti ilə İrana səfər edib.
Danışıqlarda ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən ümumi təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə bu görüşün əsas istiqamətləri sırasındadır.
Rusiya Federasiyasının müdafiə naziri bu səfər zamanı ölkəmizin silahlı qüvvələrinin yüksək rütbəli komandirləri ilə də görüşəcək.
Oxu24.com
ŞƏRHLƏR