Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95411
az

Rusiya Bankı inflyasiya ilə bağlı proqnoz verib

22:0818 Sentyabr, 2023
67
  • A

Rusiya Bankının məlumatına görə, yaxın aylarda artan qiymət təzyiqi səbəbindən Rusiyada illik inflyasiya artmağa davam edəcək.

Oxu24.com xəbər verir  ki,“Gələcək aylarda illik inflyasiya artmağa davam edəcək. Proqnozlara görə, 2023-cü ildə 6,0-7,0% olacaq, sonra 2024-cü ildə 4%-ə qayıdacaq və bundan sonra 4%-ə yaxın qalacaq”, - deyə hesabatda bildirilir.

Mərkəzi Bankın məlumatına görə, inflyasiyaya qarşı əhəmiyyətli risklər reallaşıb. Xüsusilə, daxili tələbatın artması, istehsalın genişləndirilməsi imkanlarını üstələməsi və rublun zəifləməsi fonunda bu gözlənilir.

Rusiya Bankı həmçinin 77 regionda illik inflyasiyanın sürətləndiyini qeyd edib.

Rusiya prezidenti Vladimir Putin 2024-2026-cı illər üzrə federal büdcə layihəsi ilə bağlı keçirilən iclasda hökumətə və Mərkəzi Banka rublun məzənnəsini gücləndirmək üçün tədbirlər görməyi tapşırıb.

Həmçinin görüş zamanı Rusiya prezidenti avqust ayında ölkənin büdcəsi və onun profisiti ilə bağlı vəziyyətin sabitləşdiyini açıqlayıb. O, pessimist proqnozlara baxmayaraq, Rusiya iqtisadiyyatının ilin sonuna kimi 2,5-2,8% arta biləcəyinə aydınlıq gətirib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və Ukrayna liderləri görüşəcək
Ukrayna öz ərazisində fosforlu sursatdan istifadə edib
Netanyahu ABŞ Konqresində çıxış edəcək

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xaçmazda qoyun oğrusu saxlanıldı