Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95291
az

“Bakı payızı-2023. 35 il sonra” yarışması AzTV və Mədəniyyət kanalında – Jüridə Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva... – VİDEO - FOTO

22:1515 Sentyabr, 2023
242
ŞOU-BİZNES
  • A

Sentyabrın 16-da Nizami boutique house şirkətinin Baş sponsorluğu ilə 35 il həsrətində olduğumuz istedadlar müsabiqəsinə - "Bakı payızı-2023. 35 il sonra" yarışmasına start verilir.

Milli.Az xəbər verir ki, layihə "Best Cast Talent Agency" "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.

Bildiyiniz kimi, müsabiqə 5 istiqaməti əhatə edir - vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. Youtube-da  yayımlanan gündəliklər vasitəsilə izləyicilərimiz yarışmanın iştirakçıları ilə yaxından tanış ola bilərlər

//youtube.com/@Baki.Payizi?si=rDyn93riEyx0UPfS

1-ci turda jüri üzvləri - xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, əməkdar artist Emil Əfrasiyab, populyar müğənni  İlqar Xəyal və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevadır.

Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə -  hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, Mədəniyyət kanalında isə həmin günlər saat  23:00 -da təkrarlanacaq.

Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, Mədəniyyət kanalında 23:00- da (təkrar) izləyə bilərsiniz.

Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.

Bilet əldə edib birincilərin adını və mükafatlandırılmasını birinci öyrənin!

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Niyə 20 manat cərimə olunmalıyam?" - VİDEO

"3 ildir sənsizəm" -FOTO
Firuzə evindən ilan tapdı - VİDEO

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu