Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95131
az

Kiprdə insident: BMT və KKTC ordusu arasında toqquşma

15:0112 Sentyabr, 2023
69
  • A

Kiprdə Pyla kəndində BMT sülhməramlıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) təhlükəsizlik qüvvələri arasında yaşanan gərginlik fonunda ikinci insident baş verib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Hadisə dünən günorta saatlarında sərhəd zastavasının yaxınlığında baş verib. Demilitarizasiya zonasında sərhəd kimi xidmət edən Burhan Tan küçəsi ərazisində Şimali Kipr Türk Cümhuriyyətinin Təhlükəsizlik Qüvvələrinin əsgərləri ilə BMT əsgərləri arasında toqquşma baş verib.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu isə hadisəyə sərt reaksiya verərək, “Müvafiq cavab verəcəyik və bu, diqqətdən kənarda qalmayacaq” deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı qüvvələrinin Kiprdəki rəsmi nümayəndəsi Alim Siddiq də bu hadisə ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.

Xatırladaq ki, avqustun sonunda ŞKTC təhlükəsizlik qüvvələri ilə BMT sülhməramlıları arasında gərginlik yaranmışdı. Münaqişəyə KKTC-nin BMT sülhməramlılarının nəzarətində olan Yaşıl Xətt üzərindəki Pyle kəndinə yol çəkmək planları səbəb olub. Sülhməramlılar əraziyə beton bloklar qoyaraq tikintinin qarşısını almağa cəhd ediblər. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Makronun xanımı Kamillaya toxunaraq protokolu pozdu
Moskva NATO-ya CAVAB VERƏCƏK: hərbi gəmilər, bombardmançı təyyarələr...

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ