Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94439
az

Polşada legionella bakteriyasından ölənlərin sayı 11-ə çatıb

20:4528 Avqust, 2023
83
DÜNYA
  • A

Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Oxu24.com xəbər verir ki,Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, legionella bakteriyası səbəbiylə ümumilikdə 11 nəfər həyatını itirib.

Rzeszowdan başqa, qərbdəki Ostrow Wielkopolski şəhərində iki nəfərin, şərqdəki Lublin əyalətində və cənub-şərqdəki Malopolska bölgəsində bir nəfərin də yoluxduğu bildirilir.

Polşa Səhiyyə Nazirliyinin X hesabının bu gün etdiyi yazıda deyilir ki, "infeksiyanın mənbəyi çox güman ki, bələdiyyə su təchizatıdır və avqustun 18-də götürülmüş su nümunələrinin ilk sınaq nəticələri bunu təsdiqləyir".

Avqustun 25-də verilən açıqlamada bakteriya səbəbindən 7 nəfərin öldüyü qeyd edilib.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına və ölümə səbəb ola bilər.

Ümumiyyətlə süni su sistemlərində rast gəlinən Legionella bakteriyaları daha çox səmərəliliyi azaltmamaq üçün daha az dezinfeksiya edilən binalarda və otel, yataqxana, xəstəxana kimi bir çox insanın istifadə etdiyi binalarda görülür.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqasın keçmiş meri federal axtarışa verilib
Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
Ağ Ev Rusiya mallarına embarqoya icazə verdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU