Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94183
az

Çində kömür mədənində partlayış: 11 nəfər ölüb

17:3822 Avqust, 2023
71
  • A

Çinin şimalındakı Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 11 işçi həlak olub.

Oxu24.com xəbər  verir   ki,CCTV dövlət televiziyasının xəbərinə görə, dünən axşam yerli vaxtla saat 20:00 radələrində Yanan şəhərinin Yançuan rayonunda Şintay kömür mədənində partlayış baş verib.

Partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.

Xilasetmə qrupları tərəfindən ağır yaralanan 81 işçidən 2-ni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmasa da, 9 işçinin cansız cəsədi tapılıb.

Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və buradan ildə 300 min ton kömür çıxarıldığı açıqlanıb.

Ölümcül mədən qəzaları

Son illərdə qəzaların sayı azalsa da, infrastrukturun köhnə və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində mədən müəssisələrində qəzalar tez-tez baş verir.

2021-ci ilin sentyabrında Çinxay əyalətində çökən kömür mədənində qalan 19 işçi həyatını itirib.

2021-ci ilin dekabrında Şansi əyalətində qeyri-qanuni fəaliyyət göstərən kömür mədənini su basması 2 işçinin həyatına son qoydu.

25 fevral 2022-ci ildə Quicou əyalətində çökən mədəndə qapalı qalan 14 işçi həyatını itirdi.

25 dekabr 2022-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsindəki qızıl mədənində baş verən çökmədə 40 işçi sıxışıb, 18 nəfəri xilas etmək mümkün olmayıb.

Daxili Monqolustan Muxtar Bölgəsində fevralın 22-də açıq kömür mədənində baş verən çökmə nəticəsində torpaq qalaqları altında qalan 5 işçi həyatını itirib.

Fevralın 27-də Sıçuan əyalətində mədənin çökməsi nəticəsində 5 işçi həlak olub.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ qərar verdi: Yeni qravitasiya bombası yaradacaq
İki ölkə Ukrayna üçün milyonlarla avro ayıracaq

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı