Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları Qrayvoron şəhər rayonunun Qorki kəndini atəşə tutub.
Oxu24.com xəbər verir ki, Rayon rəhbərinin sözlərinə görə, 5 mərmi kəndin düz mərkəzində, məktəbin yanında partlayıb.
Atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Ən dəhşətlisi baş verdi: bir nəfər öldü - kişinin həyatı ilə bir araya sığmayan qəlpə yaraları var idi. Daha 4 nəfər yaralanıb: üç kişinin aşağı ətraflarından qəlpə yaraları, bir qadının kontuziyası var idi", - Qladkov Telegram kanalında yazıb.
Yaralılar xəstəxanaya çatdırılır.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR