Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93537
az

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov kimdir? - FOTO

12:5908 Avqust, 2023
132
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

OXU24.COM  Metbuat.az-a istinadən xəbər verir ki, Fazil Qasımov əslən Kəlbəcər rayonundandır. İxtisasca iqtisadçı olan Fazil Qasımov Niderlandda Tilburg Universitetində təhsil alıb. O, həmçinin 2019-cu ildən Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin doktorantıdır. Qasımovun Türkiyədə yaşamaq izni olduğu da bildirilir.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi