Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93141
az

Şoyqunun Şimali Koreya səfərinin sirri

18:2527 İyul, 2023
153
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Koreya müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Şimali Koreyaya səfər edib.

OXU24.COM  bildirir ki, səfər zamanı Şoyqu Şimali Koreya lideri Kim Çen İnlə görüşüb. Daha sonra Şoyqu və Kim Şen müasir silahların nümayiş olunduğu sərgidə də olub. Sərgidə koreyalı lider rusiyalı nazirə Şimali Koreyanın yeni PUA-larını göstərib.

Cənubi Koreyanın dövlət agentliyinin məlumatına görə, yeni PUA-lar ABŞ-ın "MQ-9 Reaper" və "RQ-4 Global Havk" pilotsuz aparatlarına çox bənzəyir.

Agentlik bildirib ki, PUA-ların nümayişi onların artıq sınaqdan çıxarıldıqlarını və hazır vəziyyətdə olduqlarını göstərir.

Şoyqunun Kim Çen İnlə birlikdə silah sərgisinə getməsi təsadüfi deyil. Çünki Ukrayna kəşfiyyatı Şoyqunun Şimali Koreyaya məhz silah almağa getdiyi ilə bağlı məlumat yaymışdı.

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko da Sergey Şoyqunun Şimali Koreyaya Qələbə gününü qeyd etməyə yox, orduya sursat tədarükü üçün razılığa gəlməyə getdiyini bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY
Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi