Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93131
az

Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı

23:3326 İyul, 2023
596
  • A

İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər.

Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıblar.
 

Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. Onun dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Liftdə köməksiz qalan 3 azyaşlı xilas edildi - VİDEO
Abşeronda avtobus maşınla toqquşdu - Xəsarət alan var

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı