Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93075
az

Qara Qarayev rəsmən “Neftçi”də!

18:2624 İyul, 2023
102
  • A

"Neftçi" Azərbaycan millisinin futbolçusu Qara Qarayevin keçidini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı klubu sosial şəbəkə səhifəsində transferin rəsmiləşdiyini elan edib.

Azərbaycan millisinin futbolçusu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 2008-ci ildən əsas komandada çıxış edib.

-------

14:10
Ətraflı

"Qarabağlı olaraq "Qarabağ" daim ürəyimdə qalacaq".

OXU24.COM xəbər verir ki, bunu Ağdam təmsilçisindən ayrılan Qara Qarayev şəxsi feysbuk səhifəsində yazıb.

"Köhlən atlar"dan ayrılan 31 yaşlı yarımmüdafiəçi 18 il əvvəl klubun akademiyasında seçimlərə qatıldığı anı xatırlayıb: "Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi. Bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə "Qarabağ"ın adını daim uca tutum və şərəflə xidmət edim. İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman məni öz övladınız, qardaşınız kimi sahibləndiniz".

Təcrübəli oyunçu futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarını bu komandaya borclu olduğunu vurğulayıb: "Bütün azarkeşlərə, eləcə də, "İmarət" və "Qarabağ ordu"ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir".

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanda şəkərə nəzarət edən içki hazırlandı
Badımcan bu xəstəliklərin dərmanı imiş
Peterburqda Priqojinə abidə ucaldıldı

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı