Avstraliya hökuməti Rusiya və Belarusun 10 vətəndaşına, həmçinin Rusiyanın 35 müəssisəsinə yeni sanksiyalar qoyub.
Oxu24.com xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq söyləyib.
Nazir deyib ki, Rusiyanın müdafiə, texnologiya və energetika sektorunda fəaliyyət göstərən 35 müəssisəsinə, eləcə də, Rusiya və Belarusun 10 vətəndaşına sanksiya tətbiq edilib.
Qadağalara məruz qalanlar arasında Rusiya Baş nazirinin birinci müavini Andrey Belausov, Baş nazirin müavini Dmitri Çernışenko, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak, “Kalaşnikov” konserninin direktoru Vladimir Lepin və “Vertolyotı Rossi” (“Rusiya helikopterləri”) holdinqinin baş direktoru Nikolay Kolesova da var.
Bildirilib ki, 2014-cü ilin martından Avstraliya hökuməti Rusiyaya qarşı 25-dən çox sanksiya tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər siyahısına Rusiyanın 1100-dən çox vətəndaşı, 300-dən artıq müəssisəsi salınıb.
Oxu24.com
ŞƏRHLƏR