Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə İsrail casus şəbəkəsinin aşkar edildiyini açıqlayıb.
Ümumilikdə şəbəkə 56 agentdən ibarət olub.
Oxu24.com xəbər verir ki, bu barədə İsrailin 9-cu kanalı məlumat yayıb.
Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Mossad agentlərindən yeddisi həbs edilib, onların hamısı Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır. Həbs edilənlər İsrail xarici kəşfiyyatına işlədiklərini etiraf ediblər.
Türkiyə mediası şəbəkəyə Tel-Əvivdə yaşayan 24 yaşlı gəncin rəhbərlik etdiyini yazıb. Digər şeylər arasında agentlər Mossad hədəflərinin mobil telefonlarına casus proqramlar yerləşdirmək və onların avtomobillərinə gizli GPS sensorları quraşdırmaq yolu ilə adı açıqlanmayan xarici vətəndaşları izləyiblər.
Qeyd olunur ki, əks-kəşfiyyat əməkdaşları İstanbul polisinin terrorla mübarizə şöbəsi ilə birlikdə bir neçə aydır ki, şübhəlilərə qarşı əməliyyat keçirir. Agentlər Almaniya, İspaniya, Malayziya və digər ölkələrdə qeydiyyatdan keçmiş birdəfəlik telefonlardan istifadə edərək bir-biri ilə əlaqə saxlayıblar.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR