Əməkdar artist Mətanət İsgəndərli mərhum Xalq artisti Yalçın Rzazadə ilə bağlı etiraf edib.
OXU24.COM axşam.az-a istinadən bildirir ki, müğənni "Günün sədası" verilişində həmkarının illər əvvəl tədbirdə başına gələn hadisəni bölüşüb:
"Yalçın Rzazadə ilə eyni tədbirdə idim. Orada ona qarşı hörmətsizlik edildi. O qədər pis olmuşdu ki, az qalıb ağlasın, küsüb gedirdi. Gedib, oradakılara dedim ki, nə edirsiniz? Həmin vaxt düşündüm ki, Yalçın Rzazadə kimi böyük sənətkara bunu edirlərsə, sabah sənə də hörmətsizlik edəcəklər. Sonra arxasına düşüb qaytarmağa çalışdılar, amma nə olsun, qəlbi qırılmışdı".
Oxu24.com
ŞƏRHLƏR