Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91788
az

İraqlılar İsveçin Bağdaddakı səfirliyinə basqın ediblər

21:4529 İyun, 2023
140
DÜNYA
  • A

Stokholmda saxlanılan müsəlmanlar üçün müqəddəs kitab - Quranın nüsxəsinin yandırılmasına etiraz edən bir qrup iraqlı cümə axşamı İsveçin Bağdaddakı səfirliyinin ərazisinə soxulub.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə “Shafaq News” portalı məlumat yayıb.

 

Məlumata görə, cümə axşamı İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb.

 

Bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən darvazaları sındıraraq İsveç səfirliyinin ərazisinə daxil ola bilib.

 

Al Sumaria telekanalının məlumatına görə, səfirliyin ərazisinə daxil olan şəxslər artıq oranı tərk ediblər. Etiraz piketinə qatılan digər iraqlılar da binanı tərk ediblər. Bildirilir ki, iştirakçılar İslam ziyarətgahlarından birinin təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.

 

Stokholmdakı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzində keçirilib. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ -Pilotlar TƏSDİQLƏDİLƏR
Ronaldinyo da Bakıya gəldi - Foto
Litva Belarusla gömrük razılaşmasını ləğv edib

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü