Pakistan Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda bir məscidin qarşısında Qurani-Kərimin yandırılmasını "alçaq hərəkət" kimi qiymətləndirərək reaksiya verib.
Oxu24.com xəbər verir ki,Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveçin paytaxtı Stokholmda bir məscid qarşısında Qurani-Kərimin yandırılmasının şiddətlə pisləndiyi bildirilib.
Bəyanatda Stokholmda bir məscidin qarşısında Qurani-Kərimin yandırılması "azğınlıq" kimi qiymətləndirilib.
Ayrı-seçkiliyə, nifrətə və zorakılığa sövq edən bu cür qəsdən hərəkətlərə “ifadə azadlığı və etiraz etmək hüququ” adı altında haqq qazandıra bilməyəcəyinə diqqət çəkən bəyanatda beynəlxalq hüquq çərçivəsində dövlətlərin bu cür hərəkətləri qadağan etmək hüququ olduğu vurğulanıb.
Bəyanatda ifadə azadlığının dinlərarası harmoniyanı pozmaq və nifrət yaymaq üçün lisenziya vermədiyi vurğulanıb və Pakistanın məsələ ilə bağlı narahatlığını İsveç səlahiyyətlilərinə çatdırdığı bildirilib.
İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR