Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91611
az

İrana işləyirlərmiş - DİN FOTOLARIN YAYDI

13:4427 İyun, 2023
147
  • A

İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib, onlardan 4 kiloqram heroin aşkar edilib.

Bu barədə Oxu24.com-a  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 3 kiloqrama yaxın yüksək təsiredici narkotik vasitə hesab edilən heroin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Sabirabad rayon sakini Rəşad Vəliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 1 kiloqram heroin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Oqtay Nağızadə və Rəşad Vəliyev şəxsiyyəti istintaqla araşdırılan “İsa” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar. Daha sonra onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satıb maddi gəlir qazanmaq niyyəti ilə əldə ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Oqtay Nağızadə və Rəşad Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi