Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91476
az

Ukrayna Belarusdan Vaqnerin hücumuna hazırdır

22:0525 İyun, 2023
87
  • A

Ukrayna və Belarus sərhədində vəziyyət nəzarət altındadır, texnika və canlı qüvvədə artım yoxdur.

 

Oxu24.com xəbər  verir  ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev Vaqner PMC yaraqlılarının  Belarusiyaya göndərilməsini şərh edərkən bildirib. 


“Vaqner PMC-nin Belarus Respublikasının ərazimizə hücumunda mümkün iştirakı ilə bağlı bəyanatlara gəlincə. Mən hamını əmin etmək istəyirəm ki, şimal əməliyyat zonasında vəziyyət sabit və nəzarət altındadır”, - deyə Naev bildirib.

Naev bildirib ki, “hazırda Belarusla sərhəddə düşmənin nə texnikası, nə də canlı qüvvəsi artıb”.

“Dövlətin sərhədi 24/7 etibarlı mühafizə altındadır. Əgər bu baş versə və düşmən dövlət sərhədini keçməyə cəhd etsə, bu, onlar üçün intihardan başqa bir şey olmayacaq. Əsgərlərimiz əlində silah dövlət xəttini keçməyə cəsarət edən hər kəsə layiqli cavab verməyə hazırdır”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bir müddət əvvəl dediyi kimi, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işi bağlanacaq və o, özü də “Belarusa gedəcək”.

Amma hazırda Priqojinin harada olması məlum deyil.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ qərar verdi: Yeni qravitasiya bombası yaradacaq
İki ölkə Ukrayna üçün milyonlarla avro ayıracaq

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı