Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91474
az

Ukrayna ilə İsrail arasında siyasi gərginlik yaşanır

21:5025 İyun, 2023
92
DÜNYA
  • A

Ukraynanın İsraildəki səfirliyi İsrail hakimiyyətini  Rusiya  ilə sıx əməkdaşlıqda ittiham edib.

 

Oxu24.com xəbər  verir  ki,Müvafiq bəyanat diplomatik nümayəndəliyin sosial şəbəkələrində dərc olunub.


“Bunu 2023-cü ilin birinci yarısında İsrailin Ukraynaya humanitar yardımının demək olar ki, tamamilə olmaması ilə üst-üstə düşən bir sıra kifayət qədər mübahisəli hadisələr sübut edir”, - bəyanatda deyilir.

 

Bu inkişaflar arasında səfirlik İsrailin xarici işlər naziri Eli Koenin bu ilin fevralında Kiyevə “səmərəsiz” səfərini, həmçinin baş nazir Benyamin Netanyahunun müxtəlif KİV-lərə verdiyi silsilə müsahibələri, o cümlədən iyunda Jerusalem Post qəzetinə verdiyi son müsahibəni qeyd edir.

 

Səfirliyin bəyanatında qeyd olunur ki, keçmişdə İsrailin baş naziri həmişə İsrailin Ukraynaya müdafiə yardımı sahəsində tam fəaliyyətsizliyini Suriyada Rusiya ilə xüsusi münasibətləri və Rusiyada yəhudi əhalisinin olması ilə əsaslandırıb.

Bununla belə, diplomatik şöbə qeyd edib ki, son müsahibədə Qərb silahlarının Ukrayna döyüş meydanından Suriya və İran hakimiyyətinə ötürülməsi ilə bağlı uydurma və spekulyativ fərziyyələr irəli sürülüb və bu, səfirliyin narahatlığına səbəb olub.

Ukraynanın İsraildəki səfirliyi vurğulayır ki, bitərəflik haqqında şifahi demaqogiya arxasında gizlənən İsrail rəhbərliyi faktiki olaraq Rusiya ilə münasibətləri fəal şəkildə inkişaf etdirir.

Diplomatlar bildirirlər ki, yerlərdə İsrail hökumətinin neytrallığı açıq-aydın Rusiyayönlü mövqe kimi qiymətləndirilir.

Ukraynanın İsraildəki səfirliyi İsrail hökumətini mövqeyini dəyişməyə və Kiyevə müdafiə vasitələri sahəsində dəstək verməyə çağırıb.

Bu bəyanatdan sonra məlum olub ki, İsrail Xarici İşlər Nazirliyi Ukrayna səfiri Yevgeni Korniyçuku “diplomatik töhmət” vermək üçün çağırmağı planlaşdırır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan XİN: Qardaş Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq
Qalibaf yenidən İran parlamentinin sədri oldu

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu - FOTO