Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91457
az

Finlandiya müdafiə xərclərini 60 ilin ən yüksək səviyyəsinə çatdırır

16:2025 İyun, 2023
114
DÜNYA
  • A

Finlandiya son bir ildə müdafiə xərclərini son 60 ilin ən yüksək səviyyəsinə yüksəldib.

 

Oxu24.com xəbər  verir  ki, RBC Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatlarına istinadən yazır ki, Helsinkinin hərbi xərcləri 4,8 milyard dollara çatıb ki, bu da ölkənin ÜDM-nin 1,7%-ni təşkil edib və 1962-ci ildən bəri rekord həddə çatıb.

 

Finlandiyanın müdafiə xərcləri il ərzində 36% artıb, bu, Finlandiyanın 2022-ci ildə NATO-ya üzvlük üçün müraciətindən sonra baş verib.

 

Ölkə hakimiyyəti 2023-cü ildə hərbi xərclərin Finlandiyanın ÜDM-nin 2%-ni təşkil edəcəyini planlaşdırır.

Bütün NATO üzvlərinin diqqətini bu rəqəmə yönəltmələri xahiş olunur.

Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edən İsveç ötən il müdafiə xərclərini 7,7 milyard dollara və ya ÜDM-in 1,3%-nə çatdırıb.

Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu. Kreml bildirib ki, Rusiya Finlandiyanın Alyansa daxil olmasına taktiki və strateji əks tədbirlər görərək cavab verəcək. Mayın 2-də Finlandiyanın ABŞ hərbi bazaları ilə bağlı müqavilə hazırladığı məlum olub. Respublikanın hakimiyyət orqanları bunun guya “təhlükəsizliyi yaxşılaşdırmaq” üçün edildiyini bildiriblər.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi