Paşnyan 44 günlük müharibənin sona çatmasının detallarını açıqlayıb.
Oxu24.com xəbər verir ki,Üçtərəfli Bəyanat üzrə danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb,
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin vəziyyətini araşdıran komissiyanın iclasında bu barədə bildirib.
Onun sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bu şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı müddəalar olmasın.
Bundan əlavə, Paşinyan Ermənistan tərəfinə o vaxt Azərbaycanın artıq işğaldan azad etdiyi Hadrut rayonunun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan əsgərlərinin Xankəndinin bir addımlığında olmaları barədə ona xəbər veriblər.Belə bir vəziyyət yaranıb ki, Azərbaycan hərbçiləri Şuşanı azad edərək Şuşakənd kəndi vasitəsilə Xankəndinə və Əsgərana doğru hərəkət edərək erməniləri arxadan vuracaqldılar.
Onun sözlərinə görə, o, Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirib və noyabrın 8-9-da onunla 20-yə yaxın, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı olub.
Tezliklə məlum oldu ki, Azərbaycan Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etmir və tərəflər Ağdam və Şuşa haqqında heç nə deməyən mətnə gəliblər. Hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə danışılıb.
“Noyabrın 9-da mən bu sənədi imzaladım - qeyd edirəm, səhər yox, axşam, yəni əslində noyabrın 8-dən 9-na keçən gecə”, - Paşinyan bildirib.
Gecə yarısına yaxın döyüş əməliyyatlarının intensivliyinin artması, eləcə də Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olması barədə xəbərlər gəlməyə başladı. Mürəkkəb və uzun sürən müzakirələrdən sonra Paşinyan əlavə edib ki, o, 9 noyabr səhər variantından daha pis, lakin Meqri vasitəsilə dəhliz və ya Sovet anklavlarının Azərbaycana verilməsini təklif edənlərdən daha yaxşı sənəd imzalayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR