Banqladeş BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq üçün rəsmi müraciət edib.
Oxu24.com xəbər verir ki bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, ölkə Banqladeşin baş naziri Şeyx Hasina ilə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa arasında keçən həftə Cenevrədə keçirilən görüşdən sonra müvafiq sorğu göndərib.
O da bildirilir ki, bu məsələni baş nazir Hasina ilə müzakirə edərkən CAR rəhbəri bu təklifə müsbət reaksiya verib.
Qeyd edək ki, Misir və Əlcəzair də BRİKS-ə daxil olmağa can atır.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR