Xalq artisti Röya Ayxan dünən 41 yaşı tamam olması münasibətilə təmtəraqlı doğum günü keçirib.
OXU24.COM xəbər verir ki, tədbirdə tanınmış aparıcılar, müğənnilər, aktyor və aktrisalar, həmçinin blogerlər və jurnalistlər iştirak edib.
Tədbirin dress-kodu isə ağ rəng olub. Odur ki, bütün qonaq gecəyə ağ rəngli geyimlərdə gəliblər. Müğənni özü isə ad günündə bir neçə paltar dəyişib. Tədbirin açılışında uzun arxalığı olan qırmızı qısa paltarda gəlsə də, sonradan o da ağ geyinib, möhtəşəm ad günündən foto və videoları sosial mediada paylaşıb.
Ad günündə Xalq artistinin oğlu Hüseyn də olub. Müğənni tortu kəsərkən oğlu "Dünyanın ən gözəl anası" deyə qışqıraraq onu təbrik edib. Ad günü atəşfəşanlıqla başa çatıb
Oxu24.com
ŞƏRHLƏR