Delta" hava yollarının təyyarə bələdçisi onların reysi ilə bal ayına gedən gənclərin söhbətini eşidib və dərhal köməyə tələsib.
Bələdçi Detroyt şəhərindən Puerto-Rikoya uçan gənclərin pasportu evdə unutduqlarına görə narahat olduqlarını görüb. Pasport olmadan onların məzuniyyətləri alınmayacaqdı.
Oxu24.com bildirir ki, bələdçi Dasti Dills digər təyyarədəki ekipaj üzvlərinə zəng vuraraq pasportun gətirilməsini xahiş edib.
Gənclərin qohumu pasportu hava limanına gətirib, növbəti reysin ekipajına verib, beləcə Puerto Rikaya enən gənclər hava limanında arxadan gələn təyyarənin ekipajından öz pasportlarını götürə biliblər.
Gənclər sosial şəbəkə vasitəsilə şirkətə və Dastiyə təşəkkürlərini bildiriblər.
Oxu24.com
ŞƏRHLƏR