Rusiyada əsgərlər çağırışdan qaçır
Bryansk vilayətində hərbi hissədən avtomatla silahlanmış 20 yaşlı çağırışçı qaçıb.
Oxu24.com xəbər verir ki,bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hərbi xidmətə çağırılan Vyaçeslav A. adlı gənc Kalaşnikov avtomatı ilə silahlanıb. Üstəlik, özü ilə 120 patron da götürüb.
O, Rus Altay diyarının Lenki kəndindən hərbi xidmətə çağırılıb.
Fərariliyin səbəbləri müəyyən edilməyib.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR