Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90399
az

Pensiyanın yenidən hesablanması hansı qaydada həyata keçirilir?  —  HÜQUQİ YARDIM 

22:3806 İyun, 2023
870
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu pensiya hüququnun bəzi detalları ilə bağlıdır.

Sual: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması hansı qaydada həyata keçirilir?

Cavab:1. Şəxs güzəştli şərtlərlə pensiyaya çıxdıqdan sonra 6 ildən az işləyibsə, o zaman gözlənilən pensiya ödənişi aylarının sayından, yəni 144-dən işlədiyi ayların sayı çıxılaraq həmin dövr üzrə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına bölünür.

2. Vətəndaşa 01.03.2017-ci ildə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.08.2022-ci ildə işdən çıxıb. 01.03.2017- 01.08.2022-ci illərdəki işlədiyi həmin dövr üzrə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90%-lə nəzərə alınmaqla 79-a bölünməlidir (144 ay-65 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=79 ay).

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA