Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90188
az

Braziliya mal əti səbəbiylə 800 milyondan çox ağac kəsilib

12:5804 İyun, 2023
118
DÜNYA
  • A

Braziliyanın mal ətinə  olan tələbatı ödəmək üçün Amazon tropik meşələrində 800 milyondan çox ağac kəsilib,

 

Oxu24.com xəbər  verir  ki,Azadlıq Radiosu yerli mənbələrə istinadən yaydığı məlumata görə, son altı ildə kəsim üçün heyvan yetişdirən fermaların genişlənməsi səbəbindən Amazon meşələri 1,7 milyon hektar azalıb.

 

Müstəntiqlər iyirmidən çox kəsim məntəqəsinin yaxınlığında minlərlə Braziliya fermasının peyk şəkillərini öyrəniblər. Onların hamısı Avropa İttifaqı, Böyük Britaniya və Çin bazarlarını ətlə təmin edən üç iri mal əti ixracatçısına aiddir.

 

Hər üç firma davamlı inkişafa sadiq olduqlarını və meşələrin qırılması ilə bağlı təsərrüfatlarla əməkdaşlıqdan imtina etdiklərini açıq şəkildə bəyan edirlər.

 

“Amazon uçma nöqtəsinə çox yaxındır. Ona görə də bu rəqəmlər çox narahatlıq doğurur. Amazon bu qədər ağacı itirməyə tab gətirə bilməz... bunun planetar nəticələri var”, - deyə canlı planet uğrunda mübarizə aparan beynəlxalq təşkilat olan Mighty Earth-ün baş direktoru Aleks Vieratna bildirib.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı