ABŞ və Ukraynaya dəstək üzrə təmas qrupunun digər ölkələri bu birliyin mövcud olduğu dövrdə rəsmi Kiyevə ümumilikdə 65 milyard ABŞ dolları dəyərində hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
Oxu24.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin təmas qrupunun iclasında bildirib.
O vurğulayıb ki, gələcəkdə Kiyevə hərbi yardımı davam etdirmək üçün daha çox səy göstərməli, silah istehsalı gücünü artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar. Eyni zamanda, Pentaqon rəhbəri ABŞ və tərəfdaşlarının hələ də Ukraynaya yardımı davam etdirməkdə qərarlı olduqlarını söyləyib.
O, həmçinin ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün təlimə yaxın həftələrdə başlaya biləcəyinə ümid etdiyini bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR