Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com-un məlumatına görə, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin çıxışından sonra son söz demək üçün İ.Süleymanova verilib.
Lakin o, son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR